"Qalatasaray" Cesare Prandelli ilə münasibətlərini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ötən axşam İstanbula gələn italyan mütəxəssis 2 illik anlaşmanı imzalayıb. "Qalatasaray" yeni baş məşqçisinin qazancını da açıqlayıb. Prandelli hər mövsüm üçün 2 milyon 295 min avro maaş alacaq. "Qalatasaray" 2014/15 mövsümündə Türkiyə çempionu olsa və Çempionlar Liqasında 1/4 finala çıxsa, 2015/16 mövsümündə baş məşqçinin maaşı 350 min avro artacaq.
Prandellinin müqaviləsində başqa məqamlar da var. Belə ki, "Qalatasaray"ın çempion olacağı hər mövsümə görə o, 1 milyon avro mükafat alacaq. Türkiyə Kubokunun qazanılmasına görə bu mükafat 500 min avro olacaq.
"Qalatasaray" Prandelliyə Çempionlar Liqası üçün də mükafat vəd edib. Belə ki, baş məşqçi komanda 1/4 finala çıxsa 250, yarımfinala çıxsa 500 min, final oynasa 1 milyon avro alacaq. Çempionlar Liqasının qazanılması isə italyan mütəxəssisi 2 milyon avro irəli salacaq.
"Qalatasaray" Avropa Liqasının finalına çıxsa Prandelliyə 600 min avro, kuboku qazansa 1,2 milyon avrlo mükafat veriləcək.
"Qalatasaray" UEFA Super Kubokuna sahib çıxacağı halda Prandelli 500, klublararası dünya çempionatının qalibi olsa 300 min avro alacaq.
Fanat.az