"Qalatasaray" Lukas Podolski ilə bağlı açıqlama yayıb. Fanat.az хəbər verir ki, İstanbul klubu birja üçün yaydığı açıqlamada alman futbolçunun klubu ilə danışıqların davam etdiyini elan edib.
"Arsenal"la Lukas Podolskinin transferi üçün rəsmi danışıqlar prosesi başlayıb. Futbolçu bu gün İstanbula gələrək sponsor хəstəхanamız olan Liv Hospitalda tibbi müayinədən keçəcək" deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Türkiyə klubları bu tip açıqlamaları transfer yekunlaşmaq üzrə olan vaхtda verir. Görünür "Qalatasaray" artıq Podolskinin transferini həll edib.

Podolski karyerasına Almaniyanın "Köln" klubunda başlayıb. 2003-2006-cı illər ərzində klubunda keçirdiyi 81 matçda 46 qol vurmağı bacaran hucumçu 2006-cı ildən "Bavariya"ya transfer olunub. Münhen təmsilçisnin heyətində 71 görüşdə 15 qola imza atan Lukas 2009-cu ildə yenidən "Köln"ə qayıdıb. Daha 3 mövsüm burada çıxış etdikdən (88 oyun, 33 qol) sonra Padolski alman futbolunu ingilis futboluna dəyişib.

"Arsenal"a keçidi isə o qədər də uğurlu alınmayıb. 60 görüşdə cəmi 19 dəfə rəqib qapılarını silkələyən almaniyalı hücumçu 2015-ci ilin qış fasiləsində icarə əsasında "İnter"ə transfer olunub (17 oyun, 1 qol).
Podolski klub karyerası ərzində "Bavariya" ilə Almaniya çempionluğunu (2007/18), kubokunu (2007/08) və Liqa Kubokunu (2007), "Arsenal"la isə İngiltərə Federasiya Kubokunu (2007) qazanıb.
Padolski A millidə 125 oyun keçirib və 48 qol vurub. 2006 və 2010-cu illərdə dünya çempionatının bürünc medallarını qazanan hücumçu 2014-cü ildə dünya çempionu olub. O. həmçinin Konfederasiyalar Kubokunun bürünc (2005), Avropa çempionatının gümüş (2008) medalını qazanıb. Lukas 2006-ci ildə Dünya çempionatının "ən yaxşı gənc futbolçusu" adına layiq görülüb.

Fanat.az