"Qalatasaray" Olcan Adının maaşını açıqladı

"Qalatasaray" Olcan Adının maaşını açıqladı
"Qalatasaray" Olcan Adınla bağlanan müqavilənin detallarını açıqlayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu bu gün "Trabzonspor"dan transfer etdiyi futbolçu ilə 4 illik müqavilə imzalayıb.
Olcan 4 il ərzində 7 milyon avro maaş alacaq. Belə ki, futbolçu birinci ildə 1.6, ikinci ildə 1.7, üçüncü ildə 1.8, dördüncü ildə isə 1.9 milyon avro qazanacaq. Bundan başqa ona 15 min avro maaş veriləcək.
Qeyd edək ki, "Qalatasaray" bu transferə görə "Trabzonspor"a 4 milyon avro ödəyib. Bundan başqa Salih Dursun iki il Trabzon klubuna icarəyə verilib. "Qalatasaray" icarəyə görə "Trabzonspor"dan pul almayacaq. Əvəzində qaradənizlilər iki il ərzində 1 milyon 750 min avro ödəməklə Salihin transfer hüququnu ala bilərlər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər