"Qalatasaray"ın yeni baş məşqçisinin adına aydınlıq gəlmək üzrədi.
Sport7.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "Qalatasaray"ın prezidenti Dursun Özbək komandanın "sükanı arxası"nda "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizlini görmək istədiyini bildirib.
O, təcrübəli çalışdırıcıdan xəbər gözlədiklərini gizlətməyib: "Bu gün Mustafa Dənizli ilə görüşəcəyik. Əgər razılıq əldə olunsa, onu "Qalatasaray"ın yeni baş məşqçisi kimi görmək istəyirəm. Dünən telefonla danışdıq. Bu gün isə günorta saatlarından sonra görüşəcəyik".
Qeyd edək ki, Hamza Hamzaoğlunun göndərilməsindən sonra "Qalatasaray"ın baş məşqçi postu boş qalıb.
Fanat.az