Mustafa Dənizlinin gedişindən sonra baş məşqçisiz qalan "Qalatasaray" axtarışlarını davam etdirir. Fanat.az xəbər verir ki, bu gün İstanbul klubu ilə bağlı yeni iddia ortaya atılıb.
Yayılan məlumatlara görə, "Qalatasaray" rəhbərliyi Manuel Pellegrini ilə danışıqlara başlayıb. Tərəflər arasında artıq iki görüş baş tutub. Rəhbərlik Pellegrinidən başqa daha 3-4 mütəxəssisə maraq göstərir.
Qeyd edək ki, 62 yaşlı çilili mütəxəssis 2013-cü ildən çalışdırdığı "Mançester Siti"dən ayrılmağa hazırlaşır. Belə ki, mövsümün sonunda onu Pep Qvardiola əvəzləyəcək. Manuel Pellegrini indiyədək Çilinin "Universidad de Çili", "Palestino", "O`Higgins", "Universidad Katolika", Ekvadorun "LDU Quito", Argentinanın "San Lorenzo", "River Pleyt", İspaniyanın "Vilyarreal", "Real" və "Malaqa" klublarını çalışdırıb.
Fanat.az