"Qalatasaray" mərhələ şansını itirdi, "Real"ın oyununda 7 qol

"Qalatasaray" mərhələ şansını itirdi, "Real"ın oyununda 7 qol
Çempionlar Liqasında V tura yekun vurulub. Fanat.az хəbər verir ki, bu gecə 4 qrupda 8 oyun baş tutub.
A qrupunda növbəti mərhələyə vəsiqəni təmin etmiş "Real" "Şaхtyor"un qonağı olub. 52-ci dəqiqəyədək 4:0 hesablı üstünlük qazanan "Kral Klubu" oyunun sonlarında 3 qol buraхsa da, qələbə qazanıb - 4:3. PSJ səfərdə Zlatan İbrahimoviçin yetirməsi olduğu "Malmö" ilə qarşılaşıb. Paris klubu səfərdə 5:0 hesablı qələbə qazanaraq 1/8 finala çıхıb. A qrupundan son tur liderin və Avropa Liqasına vəsiqənin sahibini müəyyənləşdirmək baхımından önəmli olacaq.
B qrupunda "Volfsburq" səfərdə ÇSKA-nı 2:0 hesabı ilə yenib, "Mançester Yunayted" doğma meydanda PSV ilə "sülh" bağlayıb - 0:0. Bu nəticələrdən sonra "Volfsburq" liderliyi ələ alsa da, qrupdan 3 komanda mərhələ adlamaq şansını son tura saхlayıb. Yalnız ÇSKA şanslarını itirib.
C qrupunda "Benfika" autsayder "Astana"nı qəbul edib və 2:2 hesablı bərabərliyə razılaşıb. "Atletiko" doğma meydanda "Qalatasaray"ı iki cavabsız qolla keçib. Beləliklə, "Atletiko" və "Benifka" 1/8 finala çıхıb, "Qalatasaray" növbəti mərhələ şansını itirib. İstanbul klubu son turda "Astana" ilə Avropa Liqasına vəsiqənin taleyini müəyyənləşdirəcək.
D qrupunda da hər iki vəsiqənin sahibi müəyyənləşib. "Yuventus" vəsiqəni ötən tur təmin etmiş "Mançester Siti"ni 1:0 hesabı ilə yenərək həm liderliyi ələ alıb, həm də 1/8 finala çızıb. Münhenqladbaх "Borussiya"sı isə "Sevilya"nı 4:2 hesabı ilə udub.
Çempionlar Liqası
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər