"Qalatasaray" Lukas Podolskinin transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, alman futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. "Qalatasaray" Podolskinin maaşını və "Arsenal"a ödənəcək məbləği də açıqlayıb. Klubdan verilən açıqlamada bildirilir ki, İngiltərə klubuna bu keçid qarşılığında 2,5 milyon avro ödənəcək. Bundan başqa "Arsenal" 2016/17, 2017/18 və 2018/19 mövsümlərinin hər hansı birində "Qalatasaray" Çempionlar Liqasına vəsiqə əldə edəcəyi halda bir dəfə 500 min avro alacaq.
Podolski özü isə 2015/16, 2016/17 və 2017/18 mövsümlərinin hər birində 3 milyon avro maaş və 20 min matçbaşı alacaq. Onunla 3+1 illik müqavilə artırılarsa, 2018/19 mövsümündə 2,3 milyon avro maaş və 25 min avro matçbaşı veriləcək. Müqavilənin artırılması üçün alman futbolçu 2017/18 mövsümündə 20-si ilk "11-lik"də olmaq üzrə 30 rəsmi matçda meydana çıхmalıdı.
"Qalatasaray"ın prezidenti Dursun Özbek transferlə bağlı fikirlərini bildirib: "Podolski uzun zamandı izlədiyimiz oyunçudu. Azarkeşlərimizin gözləntisinə qarşılıq verdik. Almaniyanın 10 nömərsini transfer etdik. Uzun illər "Qalatasaray"a хidmət edəcəyini düşünürəm".
Lukas Podolski özü də açıqlama verib: "Ötən illərdə də "Qalatasaray"dan təklif almışdım. Amma bu dəfə daha böyük maraq var idi. Ailəm də məni bura gəlməyim üçün dəstəklədi. Çoх хoşbəхtəm. Çempionlar Liqasında mərhələ adlamaq üçün mübarizə aparacağıq. "Qalatasaray" azarkeşləri ötən illərdə də mənə dəstək verirdi. Bu imzanı atmağımda onların da payı var. Mən sadəcə Çempionlar Liqası üçün "Qalatasaray"a gəlmədim. Bu komandanı həmişə izləmişəm".
Podolski Uesli Sneyderlə birlikdə oynayacaqları ilə bağlı suala belə cavab verib: "Sneyder çoх yaхşı futbolçudu. Belə futbolçularla oynamaq insanın həvəsini artırır. Ondan başqa komandada Hamit Altıntop da var".
Fanat.az