"Qalatasaray" Koray Günterin qazancını açıqladı

"Qalatasaray" Koray Günterin qazancını açıqladı
"Qalatasaray" Koray Günterin transerini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubu məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçunun özü və klubu "Borussiya" (Dortmund) ilə razılıq əldə olunub. Bu transfer üçün "Qalatasaray" "Borussiya"ya 2.5 milyon avro ödəyəcək. Üstəlik Dortmund klubunun futbolçunu 2015/16 mövsümündə 7 milyon avro ödəməklə geri almaq hüququ var. Həmçinin Almaniya klubuna Koray müqaviləsi müddətində oynadığı hər 20 rəsmi matçdan bir 150 min avro ödənəcək. Yəni 20-ci oyunda 150, 40-cı matçda 150, 60-cı görüşdə 150 min avro veriləcək.
"Qalatasaray" 4.5 illik müqavilə bağladığı futbolçunun qazancını da açıqlayıb:
2013/14 mövsümü (II yarı):            300.000 avro maaş, 5.000 avro matçbaşı
2014/15 mövsümü:                          700.000 avro maaş, 5.000 avro matçbaşı
2015/16 mövsümü:                          800.000 avro maaş, 5.000 avro matçbaşı
2016/17 mövsümü:                          900.000 avro maaş, 7.500 avro matçbaşı
2017/18 mövsümü:                          1.000.000 avro maaş, 7.500 avro matçbaşı
Bundan başqa, Koray 2013/14 mövsümünün ikinci yarısında Koray 10 rəsmi matçda meydana çıxsa 75, sonrakı hər mövsümdə 20 rəsmi görüşdə oynasa 150 min avro bonus qazanacaq.
Beləliklə, bonuslar (futbolçuya və "Borussiya"ya ödənəcək) və matçbaşı nəzərə alınmadan, 19 yaşlı futbolçunun transferi "Qalatasaray"a 6.2 milyon avroya başa gəlib.
Qeyd edək ki, Koray "Borussiya"nın yetirməsidi. 19 yaşlı müdafiəçi klubun ikinci komandasında ötən mövsüm 25 oyun keçirib. O, cari mövsümdə Dortmun klubunun A komandasında 1 oyuna çıxıb.
2009-2010-cu illərdə Türkiyə U-19-da çıxış edən (4 oyun) Koray daha sonra Almaniyanın U-17 (2010-2011, 19 oyun, 4 qol), U-19 (2012-2013, 12 oyun) və U-20 (2013, 3 oyun) yığmalarında top qovub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər