Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turuna start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun baş tutacaq.
A qrupunda lider "Mançester Yunayted" "Real Sosyedad"ın qonağı olacaq. "Şaxytor" ötən tur darmadağına məruz qaldığı "Bayer"i qəbul edəcək.
B qrupunda "Yuventus" "Real"ı, "Kopenhagen" "Qalatasaray"ı qəbul edəcək. "Kral Klubu" Turində qələbə qazanacağı halda 1/8 finala çıxacaq. "Real" qələbə qazansa, "Qalatasaray" isə xal itirsə, madridlilər hətta birinci pilləni belə təmin edəcək.
C qrupunda PSJ "Anderlext"i qəbul edəcək. "Olimpiakos" isə "Benfika"nı sınağa çəkəcək. Paris klubu qələbə qazanaraq adını 1/8 finala yazdıra bilər. Qrpun digər qarşılaşmasında heç-heçə qeydə alınsa, PSJ liderliyi təmin edə bilər.
D qrupunda lider “Bavariya” autsayder “Viktoriya”nın qonağı olacaq, "Mançester Siti" isə ÇSKA-nı qəbul edəcəcək. "Bavariya"nın mərhələ adlaması üçün qələbə yetərli deyil. Bunun üçün ÇSKA xal itirməlidi. Rusiyalılarla görüşəcək “Mançester Siti”yə də qələbə vacibdi. Çünki ingilislər də qələbə ilə pley-offa yüksələ bilər. Bunun üçün “Bavariya” uduzmamalıdı.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur, 5 noyabr
A qrupu
23.45 Şaxtyor (Ukrayna) - Bayer (Almaniya)
23.45 Real Sosyedad (İspaniya) - Mançester Yunayted (İngiltərə)
| 1 | Mançester Y | 3 | 2 | 1 | 0 | 6-3 | 7 |
| 2 | Bayer | 3 | 2 | 0 | 1 | 8-5 | 6 |
| 3 | Şaxtyor | 3 | 1 | 1 | 1 | 3-5 | 4 |
| 4 | Real Sosyedad | 3 | 0 | 0 | 3 | 1-5 | 0 |
B qrupu
23.45 Yuventus (İtaliya) - Real (İspaniya)
23.45 Kopenhagen (Danimarka) - Qalatasaray (Türkiyə)
| 1 | Real M | 3 | 3 | 0 | 0 | 12-2 | 9 |
| 2 | Qalatasaray | 3 | 1 | 1 | 1 | 6-9 | 4 |
| 3 | Yuventus | 3 | 0 | 2 | 1 | 4-5 | 2 |
| 4 | Kopenhagen | 3 | 0 | 1 | 2 | 2-8 | 1 |
C qrupu
23.45 PSJ (Fransa) - Anderlext (Belçika)
23.45 Olimpiakos (Yunanıstan) - Benfika (Portuqaliya)
| 1 | PSJ | 3 | 3 | 0 | 0 | 12-1 | 9 |
| 2 | Olimpiakos | 3 | 1 | 1 | 1 | 5-5 | 4 |
| 3 | Benfika | 3 | 1 | 1 | 1 | 3-4 | 4 |
| 4 | Anderlext | 3 | 0 | 0 | 3 | 0-10 | 0 |
D qrupu
23.45 Mançester Siti (İngiltərə) - ÇSKA (Rusiya)
23.45 Viktoriya (Çexiya) - Bavariya (Almaniya)
| 1 | Bavariya | 3 | 3 | 0 | 0 | 11-1 | 9 |
| 2 | Mançester S | 3 | 2 | 0 | 1 | 6-4 | 6 |
| 3 | ÇSKA | 3 | 1 | 0 | 2 | 4-7 | 3 |
| 4 | Viktoriya | 3 | 0 | 0 | 3 | 2-11 | 0 |
Fanat.az