"Qalatasaray" ildə 10 milyonu çölə atır

"Qalatasaray" ildə 10 milyonu çölə atır
Türkiyə Super Liqasındakı legioner limiti (6+0+4) ən çox "Qalatasaray"a təsir edib. Fanat.az xəbər verir ki, "sarı-qırmızılı" klubun heyətində yer alan 10 əcnəbidən Fernando Muslera, Uesli Sneyder, Didye Droqba, Felipe Melo, Emmanuel Ebue və Bruma zədəli və cəzalı olmadığı halda daim start heyətində yer alır. 
Aurelien Çedyu və Dani Nounkeu vəziyyətə görə müəyyən oyunlarda forma geyinir. Heyətdə yer alan digər iki əcnəbidən biri - Albert Riera cari mövsümdə Super Liqanın heç bir oyununda forma geyinməyib. Nordin Amrabat isə sadəcə iki matçda meydana çıxıb. Bu dörd futbolçu limitin olmadığı Çempionlar Liqasında daha çox forma şansı qazanır.
Əvəzində "Qalatasaray" limit üzündən oynatmadığı və tribunada oturtduğu futbolçular üçün böyük məbləğlərdən keçir. Super Liqada meydana çıxmayan Amrabat bu dördlük arasında ən çox qazanan oyunçudu. İspan futbolçu ildə 2 milyon 850 min avro maaş alır. Nordin Amrabatın illik maaşı 1.2 milyon avrodu. Riera Çempionlar Liqasında 3, Amrabat 4 matçda forma geyinib. 4 futbolçu arasında 8 oyunla ən çox forma geyinən oyunçu olan Çedyu 2.2, Dani 1.1 milyon avro qazanır. 
Beləliklə, "Qalatsaray" legioner limiti üzündən oynatmadığı 4 futbolçuya ildə 7 milyon 350 min avro (təxminən 10 milyon manat) maaş ödəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər