"Qalatasaray" ikinci transferini rəsmən açıqladı

"Qalatasaray" ikinci transferini rəsmən açıqladı
"Qalatasaray" qış fasiləsində ikinci transferini açıqlayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu Martin Linneslə bağlı rəsmi danışıqlara başladığını elan edib.
Klubun birja üçün yaydığı açıqlamada deyilir: "Martin Linnes için oyuncunun klubu "Molde" ilə rəsmi danışıqlar başlayıb. Futbolçu tibbi müayinədən keçmək üçün İstanbula dəvət edilib".
Türkiyə klubları bu tip açıqlamaları adətən transfer yekunlaşmaq üzrə olanda yayır.
Qeyd edək ki, Martin Linnes 2012-ci ildə "Kongsvinger"dən "Molde"yə transfer olunub. O, indiyədək bu komandanın heyətində 148 oyun keçirərək 13 qol vurub. 24 yaşlı sağ cinah yarımmüdafiəçisi 2013-cü ildən çağırıldığı Novreçin A millisində 13 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər