"Qalatasaray" İbrahimlə Coş(du)qun - VİDEO

"Qalatasaray" İbrahimlə Coş(du)qun - VİDEO

"Qalatasaray", "Trabzonspor" (ikisi də Türkiyə), "Seltik" (Şotlandiya) və "Ayaks" (Hollandiya) arasında keçirilən Antalya Kuboku davam edir. Fanat.az xəbər verir ki, bu gecə ikinci yarımfinal matçı keçirilib.

Bu matçda "Qalatasaray" "Ayaks"ı qəbul edib. Hesabı 6-cı dəqiqədə Burak Yılmaz açıb. 47-ci dəqiqədə Mike van der Hoorn bərabərliyi təmin edib. 66-cı dəqiqədə isə "Qalatasaray"ın U-19 komandasının 18 yaşlı üzvü, Roberto Mançinin əsas heyətədə dəvət etdiyi İbrahim Çoşqun qələbə qolunu vurub.

Bununla da "Qalatasaray" finala çıxıb. "Cim-Bom"un finaldakı rəqibi "Seltik" olacaq. "Trabzonspor"la "Ayaks" isə üçüncü yer uğrunda mübarizə aparacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər