"Qalatasaray" хal itirdi, "Atletiko" uduzdu - VİDEO

"Qalatasaray" хal itirdi, "Atletiko" uduzdu - VİDEO
Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Astana"nın qonağı olan "Qalatasaray" хal itirib. Fanat.az хəbər verir ki, Astanada baş tutan oyun 2:2 hesabı ilə yekunlaşıb.
İstanbul klubunun iki futbolçusu - Hakan Balta və Lionel Karole avtoqol müəllifi olub. "Astana"dan isə Nenad Erik topu öz qapısına göndərib. "Qalatasaray"ın digər qoluna Bilal Kısa imza atıb.
Qrupun digər oyununda "Atletiko" evdə "Benfika"ya uduzub - 1:2. Meydan sahiblərinin heyətində Angel Korrea, qonaqların heyətində isə Nikolas Qaytanla Qonkalo Quedes fərqlənib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər