"Qalatasaray" futbolçularından Terimə vida

"Qalatasaray" futbolçularından Terimə vida

"Qalatasaray"ın yerli futbolçular - Selçuk İnan, Burak Yılmaz, Yekta Kurtuluş və Emre Çolak, Fatih Terimə vida edib. Fanat.az xəbər verir ki, futbolçular vida mesajlarını "Twitter" hesablarından yayıblar:

Selçuk İnan: "Hər zaman yanımızda oldugunuz, bizə etidiklərini və yaşatdıqlarınız üçün təşəkkür edirəm hocam".

Burak Yılmaz: "Acısıyla şiriniylə keçən hər gün, bizə olan inancınız və güvəniniz üçün sonsuz təşəkkürlər. Yolunuz açıq olsun hocam".

Erme Çolak: "Bizə etdikləriniz və yaşatdıqlarınız üçün çox təşəkkür edirik hocam".

Semih Kaya: "Bu günlərə gəlməyimdə çox böyük əməyi olan, kimsə adamı bilməzkən mənə güvənib xəyalları ilə böyüdüyüm formanı təslim edən, ömür boyu minnətdar olacağım, hər şeydən əvvəl böyük insan Fatih Terimə yaşatdığı və öyrətdikləri üçün təşəkkür edirəm".

Bu arada "Qalatasaray"ın sabiq üzvü, millət vəkili Hakan Şükür də Terimə qarşı haqsızlığa etiraz edib. Veteran futbolçu "Twitter" hesabından bu mesajı yayımlayıb: "Klublar sevinci, xoşbəxtlik, fədakarlıqlarla yazılmış tarixləri ilə nəfəs alıb-verir. Əgər siz bu tarix səhifələrini cırıb atmağa çalışsanız, sabah dünənin həqiqətləri yaxanızdan yapışar. "Əsl olan "Qalatasaray" deyənlər, əsl olanı unudalran harasında incə bir xətt var. Və həqiqətləri silə bilməzsiniz. O gerçəkləri tarix yazar. Mən, sən, o... Fərq etməz, ürəklərdən isimləri, beyinlərdən xatirələri silmək mümkün deyil. Bir şeyi bilirəm ki, "Qalatasaray" azarkeşi heç nəyi unutmaz".

Qeyd edək ki, ötən gün "Qalatasaray"ın braziliyalı futbolçusu Felipe Melo "Instagram" səhifəsindən duyğusal bir vida mesajı paylaşmışdı: "Bu sözləri sevimli müəllimim Fatih Terimə bərabər keçirdiyimiz 2 inanılmaz ilə görə təşəkkür etmək üçün yazıram. O, "Qalatasaray"ın qapılarını mənim üçün açdı və həmişə yanımda oldu. Hasan Şaş və Ümit Davala ilə bərabər bizim komanda olaraq böyüməyimizi təmin etdi və geniş futbol bilgisindən çox şey öyrəndik. Xatirələr, qazanılan çempionluqlar, Super Kuboklar, Çempionlar Liqasındakı ötən ilki uğurumuz yadımdan heç vaxt çıxmayacaq. Şanlı formamıza 4-cü ulduzu taxmaq üçün Fatih Terim üçün də mübarizə aparacağımızdan kimsənin şübhəsi olmasın. Sizə hər zaman minnətdar olacam, Fatih Terim".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər