"Qalatasaray" Çempionlar Liqasında

"Qalatasaray" Çempionlar Liqasında
Türkiyə Super Liqasında sonuncu - XXXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən güqn Çempionlar Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
"Qalatasaray" evdə "Erciyyəsspor"u 2:1 hesabı ilə yenib. İkinci pillə uğrunda mübarizə aparan "Beşiktaş" isə "Gənclərbirliyi" ilə oyunda xal itirib. Nəticədə "Qalatasaray" ikinci pilləni tutaraq Çempionlar Liqasına qatılmaq hüququ əldə edib.
Qeyd edək ki, UEFA "Fənərbaxça"nı oyun alqı-satqısına görə 3 illik avrokuboklardan kənarlaşdırıb. İstanbul klubu hazırda İdman Arbitaj Məhkəməsi vasitəsi ilə qərarı dəyişmək istəyir. CAS UEFA-nın qərarını qüvvədə saxlasa, Çempionlar Liqasına "Qalatasaray"la yanaşı, "Beşiktaş" da qatılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər