Türkiyə Super Liqasının V turunda "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, "sarı-qırmızılar" derbiyə itki ilə çıxa bilər.
Belə ki, Fatih Terimin yetirmələri dünən axşam məşqilə oyuna hazırlıqlarını davam etdirib. Məşq zamanı Didye Droqbanın ağrıları çoxaldığından məşqi dayandırmalı olub. Futbolçunun meydana çıxıb-çıxmayacağı bugün məlum olacaq. Hait Altıntopun isə müalicəsi davam edir.
Qeyd edək ki, Droqba Çempionlar Liqasının qrup mərhələsində "Real"la qarşılaşma zamanı zədələnmişdi.