"Qalatasaray" daha bir futbolçusunu göndərdi

"Qalatasaray" daha bir futbolçusunu göndərdi
Nordin Amrabatı "Malaqa"ya icarəyə verən "Qalatasaray" ötən günü daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, İstanbul klubu uzun müddətdi yola salmağa çalışdığı Albert Riera ilə nəhayət anlaşma əldə edib.
Türkiyə mətbuatının məlumatına görə, "Qalatasaray" müqaviləsini pozduğu üçün ispan futbolçuya 750 min avro təzminat ödəyəcək. Riera və Amrabatın gedişindən sonra yeni transferlər - Aleks Telles ve İzet Hayrovic üçün heyətdə yer boşalıb.
Qeyd edək ki, Riera 2011-ci ildə "Olimpiakos"dan transfer olunub və "Qalatasaray"da keçirdiyi 80 oyunda 4 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər