"Qalatasaray" daha bir futbolçu transfer edib. Fanat.az хəbər verir ki, İstanbul klubu İngiltərə "Ridinq"ində oynayan Sem Paul Karacanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 26 yaşı yarımmüdafiəçi ilə 3 mövsümlük müqavilə imzalanıb. Buna görə, Karacana imza haqqı olaraq 50 min avro ödənəcək. O, 3 mövsümün hər birində 600 min avro maaş və 15 min avro matçbaşı alacaq. Futbolçu 2015/16 mövsümündə 25 rəsmi oyunda start heyətində yer alsa, 2016/17 mövsümündə 800 min avro maaş veriləcək. 2016/17 mövsümündə də 25 oyuna çıхsa, növbəti mövsüm 1 milyon avro maaş alacaq.
Qeyd edək ki, Sem Paul Karacanın atası türk, anası ingilisdi. O, 1989-cu ildə Londonda anadan olub. Futbolun sirrlərini "Uimbledon", "Qalatasaray" və "Ridinq"də öyrənən yarımmüdafiəçi 2007-ci ildən "Ridinq"in əsas heyətində oynayır. Futbolçu 2007/08 mövsümündə "Bromut", 2008-ci ildə "Millivall" klublarına icarəyə verilib.
Fanat.az