"Qalatasaray" heyətinə daha bir ulduz futbolçu qatır. Fanat.Az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu Sofiane Feqouli ilə anlaşma əldə edib.
"Qalatasaray" bu transferə görə, "Vest Hem"ə 4,5 milyon avro (18 milyon lirə) ödəyəcək. Futbol özü isə illik 3 milyon avro (12 milyon lirə) maaş alacaq.
Artıq transferin bütün detalları razılaşdırılıb. Hazırda tətildə olan əlcəzairli futbolçu bu həftə İstanbula gələrək rəsmi müqaviləni imzalayacaq.
Qeyd edək ki, indiyədək Fransanın "Qrenobl", İspaniyanın "Valensiya", "Almeriya" və İngiltərənin "Vest Hem" klublarında oynayan 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə "Transfermarkt" 12 milyon avro qiymət qoyub. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Feqouli 2012-ci ildən dəvət aldığı Əlcəzair millisində 42 oyun keçirib və 11 qol vurub.
Fanat.Az