"Qalatasaray" Burak Yılmazın müqaviləsinin artırılması ilə bağlı rəsmi açıqlama yayıb. Fanat.az xəbər verir ki, ulduz hücumçu ilə 2018/19 mövsümünün sonunadək yeni anlaşma imzalanıb.
"Qalatasaray" Burakın maaşını da artırıb. Hücumçu 5 ildə 14 milyon 250 min avro maaş alacaq. Bundan əvvəl ona 5 mövsümdə 25 min avro matçbaşı veriləcək.
2014/15 mövsümü: 2.750.000 avro maaş və 25.000 avro matçbaşı
2015/16 mövsümü: 2.800.000 avro maaş və 25.000 avro matçbaşı
2016/17 mövsümü: 2.850.000 avro maaş və 25.000 avro matçbaşı
2017/18 mövsümü: 2.900.000 avro maaş və 25.000 avro matçbaşı
2018/19 mövsümü: 2.950.000 avro maaş və 25.000 avro matçbaşı
Fanat.az