Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qalatasaray" ötən gün "Konyaspor"un qonağı olub.
Uğursuz mövsüm keçirən "Cim-Bom" yenə xal itirib. Konyadakı qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.
Xal itkisinə rəğmən "Qalatasaray" ikinci pilləyə dönüb. "Beşiktaş"la eyni xala (50) sahib olun "sarı-qırmızılılar" şəxsi oyuna görə onları qabaqlayır. "Qalatasaray" lider "Fənrəbaxça"dan 7 xal geri qalır. "Sarı-lacivərdlilər"ə "Trabzonspor"la matça görə texniki qələbə veriləcək və fərq 10-a çatacaq.
Fanat.az