"Qalatasaray" qış dövründə ilk transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, İstanbul klubu İzet Hayroviçlə müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bosniyalı futbolçu 4.5 illik müqavilə imza atıb. "Qalatasaray" bu transfer üçün İsveçrənin "Qrasşopper" klubuna 3.5 milyon avro ödəyib.
"Cim-Bom" Hayroviçin 4.5 ildə qazanacağı məbləği də açıqlayıb. Futbolçu cari mövsümün qalan hissəsində 550 min avro (200 min avro imza haqqı, 350 min avro maaş), 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində 1.1 milyon avro maaş alacaq. Üstəlik Bosniya və Hersoqovina yığmasının üzvünə 10 min avro matçbaşı veriləcək.
Beləliklə, "Qrasşopper"ə ödənilən məbləği də nəzərə alsaq Hayroviçin transferi "Qalatasaray"a 8 milyon 450 min avroya başa gəlib (matçbaşı xaric).
Qeyd edək ki, 2009-cu ildən "Qrasşopper"də 91 oyun keçirən futbolçu 20 qol vurub. 2012-ci ildə İsveçrənin A millisində 1 oyun keçirdikdən sonra tarixi vətəni Bosniya və Hersoqovinaya üz tutan Hayroviç DÇ-2014-ün seçmə mərhələsində 4 oyun keçirib və 1 qol vurub.
Fanat.az