"Qalatasaray" ilk transfer bombasını partlatmağa hazırlaşır. Fanat.az xəbər verir ki, İstanbul lubu rəsmi saytı vasitəsi ilə İzet Hayroviçlə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, futbolçunun özü və klubu "Qrasşopper"lə danışıqlar başlayıb. Türk klubları bu tip açıqlamaları əsasən keçidi həll etdikdən sonra yayır. Bu isə Hayroviç transferinin tezliklə rəsmiləşəcəyini deməyə əsas verir.
Qeyd edək ki, 22 yaşlı bosniyalı futbolçu İsveçrədə doğulub və yarımmüdafiənin sol cinahında oynayır. 2000-2009-cu illərdə "Qrasşopper"də futbolun sirrlərini öyrənən Hayroviç 2009-dan yüksəldiyi komandanın əsas heyətində 105 oyun keçirib və 23 qol vurub.
İzet 2010-2011-ci illərdə İsveçrənin U-20 (4 oyun), 2011-də U-21 (4 oyun) yığmalarında çıxış edib və 2012-ci ildə A millidə 1 matça çıxıb. 2012-ci ilin noyabr ayının 14-də Tunislə matçın 83-cü dəqiqəsində meydana çıxan Hayroviç ötən ilin iyununda Bosniya və Hersoqovina millisində oynayacağını açıqlayıb. O, bu yığmada 4 oyun keçiroib və yeganə qolunu sentyabrın 10-da Slovakiya ilə keçirilən DÇ-2014-ün seçmə mərhələ matçında vurub. Onun qolu komandaya qələbə qazandırıb - 2:1.
Fanat.az