"Qalatasaray" Engin Baytarı icarəyə verib. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Baytar "Çaykur Rizəspor"a icarəyə verilib. O, mövsümün sonunadək Rizə ulubunda çıxış edəcək. Engin cari mövsümdə "Qalatasaray"ın heyətində 9 oyuna çıxıb və 447 dəqiqə oynayıb.
Qeyd edək ki, "Qalatasaray"ın Danini "Karabükspor"a, Nordin Amrabatı "Antalyaspor"a icarəyə verəcəyi deyilir.
Fanat.az