"Qalatasaray" baxışa iki futbolçu çağırdı

"Qalatasaray" baxışa iki futbolçu çağırdı

"Qalatasaray"ın iki gənc futbolçunu baxışa çağırıb. Fanat.az xəbər verir ki, Roberto Mançini macar və argentinalı futbolçuları sınayır.

Macarıstanın "Honved" klubundan gələn Balint Veskiyin 20 yaşı var və yarımmüdafiəçidi. 2010-cu ildən çıxış etdiyi əsas heyətdə 52 oyun keçirib 6 qol vuran futbolçu Macarıstanın U-21 yığmasına da çağırılır.

Uruqvayın "Feniks" klubundan gələn argentinalı Lukas Ontiveronun isə 19 yaşı var. Yarımmüdafiəçi son iki mövsümdə bu klubun əsas heyətində 10 oyuna çıxıb. 

Hər iki futbolçu "Qalatasaray"ın Floryadakı bazasında ilk məşqə çıxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər