"Qalatasaray" baş məşqçisinin adını açıqladı - RƏSMİ

"Qalatasaray" baş məşqçisinin adını açıqladı - RƏSMİ
"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, İstanbul klubunu Cesare Prandelli ilə danışıqlara başladığını açıqlayıb.
"Qalatasaray" bununla bağlı birjaya açıqlama göndərib: "Peşəkar futbol komandamızın baş məşqçiliyi üçün şirkətimizlə təcrübəli italyan baş məşqçi Cesare Prandelli arasında danışıqlar başlayıb".
Türkiyə klubları bu tip açıqlamaları danışıqlar yekunlaşmaq üzrə olduqda açıqlayırlar. Bu isə "Qalatasaray"ı Prandellinin çalışdıracağını deməyə əsas verir.
Qeyd edək ki, Prandellinin son iş yeri İtaliya millisi olub. Komanda onun başçılığı altında dünya çempionatının D qrupunda yarışıb. İngiltərəni udan (2:1) italyanlar Kosta Rika və Uruqvaya 0:1 hesabı ilə yenilərək uğursuz çıxış ediblər. İtaliya millisini AVRO-2012-nin finalına çıxaran baş məşqçi 2013-cü ildə Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.
56 yaşlı mütəxəssis əvvəllər İtaliyanın "Atalanta", "Leççe", "Verona", "Venetsiya", "Parma", "Roma" və "Fiorentina" klublarını çalışdırıb. Onun məşqçi kimi klub karyerasında ən böyük uburu "Verona" və "Venetsiya"nı B Seriyasının qalibi etməsi olub.
Prandelli futbolçu karyerası ərzində İtaliyanın "Kremonese", "Atalanta" və "Yuventus" klublarında çıxış edib. O, "Yuventus"la İtaliya çempionluğunu (3 dəfə), kubokunu (1), Çempionlar Liqasını (1) və Kuboklar Kuöokunu qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər