Xəbər verdiyimiz kimi, "Qarabağ”la "Qalatasaray”ın Bakıda yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılırdı. Məsələ ilə bağlı tərəflərin danışıqları da davam edirdi. Artıq danışıqlar müsbət nəticələnib.
Belə ki, son Türkiyə çempionunun Bakıya gələcəyi dəqiqləşib. "Sarı-qırmızılar"ın ağdamlılarla oyunu 29 mart tarixində baş tutacaq. Saytımıza açıqlamasında adının çəkilməsini istəməyən İstanbul təmsilçisinin rəsmisi də məlumatı təsdiqləyib. "Qalatasaray"ın Bakıya səfəri isə oyundan 1 gün öncəyə planlaşdırılıb.
Qeyd edək ki, sözügedən qarşılaşma Türk Hava Yolları şirkətinin Azərbaycandakı fəaliyyətinin 25 illiyinin tamam olması ilə əlaqədar keçiriləcək.(Sport7.az)
Fanat.az