"Qalatasaray" Azərbaycandan sponsor tapdı

"Qalatasaray" Azərbaycandan sponsor tapdı

"Qalatasaray" yeni reklamı üçün sponsoru Azərbaycandan tapıb. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Əmrahbank"la danışıqlar aparır.

Tərəflər arasında artıq 80 faiz anlaşma əldə olunub. Məlumata görə, "Qalatasaray" və "Əmrahbank" maliyyə məsələlərində razılığa gəlib, indi müqavilənin müddəti ilə bağlı danışıqlar gedir. Anlaşmanın dəyəri açıqlanmır.

Bu arada "Əmrahbank" Azərbaycandakı "Qalatasaray" azarkeşləri üçün kredit kartlarını dövriyəyə buraxıb.

Qeyd edək ki, bu bank 1993-cü ildən fəaliyyət göstərir. "Əmrahbank"ın Bəhreynin "IIB Bank"ı ilə ortaqlığı var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər