"Qalatasaray" Azərbaycan bankını məhkəməyə verir

"Qalatasaray" Azərbaycan bankını məhkəməyə verir

Türkiyədəki "GS kredit" kartı formatını Azərbaycanda fankart adı altında hazırlayan “Amrahbank” azarkeşlərin diqqətini çəkmək üçün bazara İstanbulun “Qalatasaray” və Bakının “Neftçi” klublarının birgə iş birliyi ilə hazırlandığını irəli sürdüyü bir kredit kartını çıxarıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycanda keçirilən təqdimatda kart sahiblərinə "GS Store" mağazalarından 10 faiz ilə 20 faiz arasında güzəştlər, “Qalatasaray”ın matçlarına uçuş imkanları ifadə edilib. Bu kart mətbuat açıqlaması ilə bazara sürüldükdən sonra “Qalatasaray” klubu xəbərdar olub və hərəkətə keçib.

“Qalatasaray” klubuna heç bir dəfə xəbər verilmədən çıxarılan tərəfdar kartı ilə bağlı "sarı-qırmızılar" “Amrahbank” adlı Azərbaycan firmasına qarşı iddia qaldıracaq. “Qalatasaray” avqustun 18-də Azərbaycan bankına etiraz göndərəcək və bu məsələ hüquqi çərçivədə həll ediləcək.

“Amrahbank”ın marketinq direktoru Kamal Eminov türk mətbuatına açıqlamasında bunun yanlış informasiya olduğunu bildirib: "Amrahbank"da Qalatasaray tərəfdarları üçün klubun razılığı ilə kart satışa çıxarılıb. Kluba bankın sponsor olması ilə bağlı yayılan informasiyalar doğru deyil".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər