"Qalatasaray" azarkeşləri etiraz aksiyası keçirib. Fanat.az xəbər verir ki, "sarı-qırmızılı" fanatlar bun gün Florya Mətin Oktay bazasının önünə toplaşaraq rəhbərliyə etiraz ediblər.
Aksiyanın əsas səbəbi Uesli Sneyderlə rəhbərlik arasındakı gərginlik olub. Holland futbolçunun müdafiəsinə qalxan fanatlar Hamit Altıntop və Sabri Sarıoğlunun müqaviləsinin uzadılmasına etiraz bildiriblər.
Üzərinə "Dursun itefa" yazılmış pankart açan fanatlar "Rəhbərlik istefa" qışqırıblar. Onlar həmçinin azarkeşlərin sevimlisi Uesli Sneyder, Fernando Muslera və Abdurrahim Albayrakın leyhinə şüarlar səsləndiriblər.
Fanat.az