Çempionlar Liqasında qrup mərhələsinin V turuna yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 matç baş tutub.
A qrupunda "Yuventus" "Malmö"nünün qonağı olub və 2:0 hesablı qələbə qazanıb. "Atletiko" isə evdə "Olimpiakos"u darmadağın edib - 4:0. Bununla da Madrid klubu son turun nəticəsini gözləmədən 1/8 finala vəsiqə qazanıb.
B qrupunda 4 oyunda 4 qələbə qazanmış və 1/8 finala vəsiqəni təmin etmiş "Real" "Bazel"in qonağı olub və 1:0 hesablı qələbə qazanıb. Bununla da "Kral Klubu" ilk pilləni təmin edib. Qrupun digər matçında isə "Liverpul" səfər matçında "Ludoqorets"ə qalib gələ bilməyib - 2:2.
C qrupunda "Zenit" evdə "Benfika"nı 1:0 hesabı ilə yenib. "Monako" isə səfərdə "Bayer"ə eyni hesabla qalib gəlib. 2-3-cü pillədə qərarlaşmış "Monako" və "Zenit" son turda qarşılaşacağından "Bayer" artıq 1/8 finala çıxıb.
D qrupunda "Qalatasaray" "Anderlext"in qonağı olub və 0:2 hesabı ilə uduzub. Bununla İstanbul klubu Avropa Liqasına vəsiqə şansını da itirib. Qrupun digər oyununda isə "Arsenal" evdə "Borussiya"nı 2:0 hesabı ilə yenərək 1/8 finala çıxıb.
Qeyd edək ki, "Atletiko", "Bayer" və "Arsenal"dan başqa, "Real", "Borussiya", "Bavariya", PSJ, "Barselona", "Çelsi", "Portu" və "Şaxytor" da 1/8 finala vəsiqəni təmin edib.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 26 noyabr
A qrupu
Malmö (İsveç) - Yuventus (İtaliya) 0:2
Qollar: Fernando Llorente, 49. Karlos Tevez, 88.
Atletiko (İspaniya) - Olimpiakos (Yunanıstan) 4:0
Qollar: Raul Qarsiya, 9. Mario Mandzukiç, 38; 62; 65.
| 1 | Atletiko | 5 | 4 | 0 | 1 | 14:3 | 12 |
| 2 | Yuventus | 5 | 3 | 0 | 2 | 7:4 | 9 |
| 3 | Olimpiakos | 5 | 2 | 0 | 3 | 6:11 | 6 |
| 4 | Malmö | 5 | 1 | 0 | 4 | 2:11 | 3 |
B qrupu
Bazel (İsveçrə) - Real (İspaniya) 0:1
Qol: Kriştiano Ronaldo, 35.
Ludoqorets (Bolqarıstan) - Liverpul (İngiltərə) 2:2
Qollar: Dani Abalo, 3. Georgi Terziev, 88 - Rikki Lambert, 8. Cordan Henderson, 37.
| 1 | Real | 5 | 5 | 0 | 0 | 12:2 | 15 |
| 2 | Bazel | 5 | 2 | 0 | 3 | 6:7 | 6 |
| 3 | Liverpul | 5 | 1 | 1 | 3 | 4:8 | 4 |
| 4 | Ludogorets | 5 | 1 | 1 | 3 | 5:10 | 4 |
C qrupu
Zenit (Rusiya) - Benfika (Portuqaliya) 1:0
Qol: Danni, 79.
Qırmızı vərəqə: Luisao, 90+2 (Benfika).
Bayer (Almaniya) - Monako (Fransa) 0:1
Qol: Lukas Okampos, 72.
| 1 | Bayer | 5 | 3 | 0 | 2 | 7:4 | 9 |
| 2 | Monako | 5 | 2 | 2 | 1 | 2:1 | 8 |
| 3 | Zenit | 5 | 2 | 1 | 2 | 4:4 | 7 |
| 4 | Benfika | 5 | 1 | 1 | 3 | 2:6 | 4 |
D qrupu
Anderlext (Belçika) - Qalatasaray (Türkiyə) 2:0
Qollar: Kansel Mbemba, 44; 86.
Qırmızı vərəqə: Selçuk İnan, 83 (Qalatasaray).
Arsenal (İngiltərə) - Borussiya D (Almaniya) 2:0
Qollar: Yaya Sanoqo, 2. Aleksis Sançes, 57.
| 1 | Borussiya | 5 | 4 | 0 | 1 | 13:3 | 12 |
| 2 | Arsenal | 5 | 3 | 1 | 1 | 11:7 | 10 |
| 3 | Anderlext | 5 | 1 | 2 | 2 | 7:9 | 5 |
| 4 | Qalatasaray | 5 | 0 | 1 | 4 | 3:15 | 1 |
Fanat.az