"Qalatasaray" avrokuboklardan kənarlaşdırılır - RƏSMİ

"Qalatasaray" avrokuboklardan kənarlaşdırılır - RƏSMİ

"UEFA "Qalatasaray"ın 1+1 illik avrokuboklardan kənarlaşdırılmasını istəyir. Bu qərar deyil, istəkdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın prezidenti Dursun Özbək deyib.

"Qalatasaray" maliyyə "fair-play"ı qaydalarını pozub. Bu səbəbdən UEFA İstanbul klubunun işini Maliyyə Fair-Play Nəzarət Komitəsinin (CFCB) intizam komissiyasına gondərib. Qərar fevralın sonunadək açıqlanacaq.

Dursun Özbək bildirib ki, ağır cəzadan qurtulmaq üçün əllərindən gələni edəcəklər: "Komitə fevralın sonuna qədər bizi dinləyəcək. Orda müdafiəmizi ən yaxşı şəkildə qurmağa çalışacağıq. Bu işdən ən uyğun cəza ilə çıxamaq istəyirik".

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər