Super Liqada uğursuz mövsüm keçirən "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini islahatlara başlayır. Fanat.az xəbər verir ki, italyan mütəxəssis yayda 9 futbolçunun göndərilməsini istəyir.
Mançinin qərarına əsasən legionerlərdən Didye Droqba, Guillermo Burdisso və Aurelien Çedyu, yerlilərdən isə Hamit Altıntop, Gökhan Zan və Aykut Erçetini komandada saxlamaq niyyətində deyil.
İtalyan mütəxəssis qışda transfer olunan gənc futbolçular - Salih Dursun, Lukas Ontiverio və Oğuzhan Kayarın icarəyə verilməsini istəyir.
Fanat.az