"Qalatasaray" 53,5 milyon ödədi, 241 milyon qazandı

"Qalatasaray" 53,5 milyon ödədi, 241 milyon qazandı

Son iki ildə iki dəfə Super Liqa çempionu olub, Çempionlar Liqasında 1/4 final oynayan, iki Türkiyə Super Kuboku qazanan və "Emirates Kuboku"na sahib çıxan "Qalatasaray" daha bir önəmli addım atıb. Fanat.az xəbər verir ki, rəhbərlik klubu ən böyük borclarından birindən xilas edib.

Belə ki, "Cim-Bom" 10 əvvəl Vakıfbankdan götürülən, amma indiyədək qaytarılmayan krediti dünən qapadıb. Borcun əsas məbləği 40 milyon dollar olub. "Qalatasaray"la rəhbərliyi əsas məbləğlə yanaşı, 13,5 milyon avroluq faizi də ödəyib.

Bununla da "Qalatasaray" klubuna aid bütün bank borcları qapanmış olub. Vakıfbankın borcu ödəndikdən sonra klubun 241 milylon dollar dəyəri olan girovu da azad olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər