"Qalatasaray" 2 transferinin dəyərini açıqladı - RƏSMİ

"Qalatasaray" 2 transferinin dəyərini açıqladı - RƏSMİ
"Qalatasaray" daha iki transferi rəsmiləşdirib. Fanat.az xəbər verir ki, İstanbul klubu "Boka Xuniors"dan Guillermo Burdisso və "Eskişəhərspor"dan Veysel Sarını heyətinə qatıb. Argentinalı mərkəz müdafiəçisi mövsümün sonunadək icarəyə götürülüb. Türk sağ cinah müdafiəçisi ilə isə 4.5 illik müqavilə bağlanılıb.
"Qalatasaray" hər iki futbolçunun transfer haqqını və maaşını açıqlayıb. "Cim-Bom" Burdissonun 6 aylıq icarəyə götürülməsinə göər "Boka Xuniors"a 250 min avro ödəyəcək. Futbolçu özü isə 300 min avro maaş alacaq. "Qalatasaray" iyunun 30-dək "Boka Xuniors"a 3 milyon avro verərək Burdissonun transfer hüququnu ala bilər.
Veysel Sarı üçün "Qalatasaray" "Eskişəhərspor"a 400 min avro ödəyəcək. İstanbul klubu həmçinin Eskişəhər təmsilçisinin 300 min avroluq borcundan da imtina edib. Veysel Sprı özü isə cari mövsümün qalan hissəsində 1 milyon 350 min, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində 2 milyon 700 min lirə maaş, 30 min lirə matçbaşı alacaq.
Bundan başqa futbolçuya həvəsləndirici mükafatlar da vəd olunub. Belə ki, Veysel Sarı 2013/14 mövsümündə aşağıda göstərilən xal hesabı çərçivəsində 10 xal toplasa 420, 15 xal toplasa 280 min lirə mükafat qazanacaq. Qalan mövsümlərdə isə ona 20 xala görə 420, 30 xala görə 280, 40 xala görə əlavə 280 min mükafat veriləcək.
Xallar belə hesablanacaq:
Start heyətində yer almaq: 1 xal
Sonradan meydana çıxmaq: 0.5 xal
"18-lik"də yer alma: 0.25 xal
Qeyd edək ki, Burdisso 2012-ci ildən "Boka Xuniors"da çıxış edir - 41 oyun, 3 qol. 25 yaşlı mərkəz müdafiəçisi əvvəllər Argentinanın "El Porvenir", "Rosario Sentral", "Arsenal de Sarandi" və İtaliyanın "Roma" klublarında top qovub. Guillermo 2010-cu ildə Argentina millisində bir oyun keçirib. Kosta Rikaya qarşı oynayan futbolçu debüt matçında qol vurub.
25 yaşlı Veysel isə 2010-cu ildən "Eskişəhərspor"da çıxış edir. Bu müddətdə o, 122 oyun keçirib və 10 qol vurub. Ötən ildən yığmaya çağırılan müdafiəçi 2 oyunda 1 qol vurub. 
Onu da qeyd edək ki, "Qalatasaray" bundan əvvəl heyətinə 7 futbolçu qatmışdı: Umut Gündoğan (23), İzet Hayroviç (22 yaş), Salih Dursun (22), Aleks Telles (21), Koray Günter (19), Lukas Ontivero (19), Oğuzhan Kayar (18). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər