Türkiyə Kubokunun yarımfinal mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, bu gecə "Qalatasaray" "Bursaspor"u qəbul edib.
İlk yarıda Uesli Sneyder və Səlcuk İnanın qolları ilə hesabda önə keçən "Cim-Bom" üstünlüyünü qoruya bilməyib. İkinci yarıda Volkan Şen və Bekir Yılmazın qollarına sevinən "Bursaspor" bərabərliyi təmin edib.
Qeyd edək ki, cavab qarşılaşması aprelin 16-da keçiriləcək.
Fanat.az