"Qalatasaray" 2 futbolçusunu ispan klublarına verdi

"Qalatasaray" 2 futbolçusunu ispan klublarına verdi
"Qalatasaray" iki futbolçusunu icarəyə verib. Fanat.az xəbər verir ki, Nordin Amrabat və Dani Nounkeu İspaniya klublarında çıxış edəcək.
Amrabat yenidən "Malaqa"ya icarəyə verilib. Bu barədə "Qalatasaray" rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, "Malaqa" 1 illik icarə müqaviləsi qarşılığında İstanbul klubuna 1 milylon avro ödəyəcək. İspanlar 2015-ci ilin 30 aprelinədək 3,5 milyon avro ödəməklə Amrabatın transfer hüququnu ala bilər. Futbolçunun bir illik müddətdə maaşını və mükafatlarını "Malaqa" ödəyəcək.
Dani isə "Qranada"ya icarəyə verilib. Bir illik icarə müqaviləsi qarşılığında ispanlar "Qalatasaray"a 390 min avro ödəyəcək. Əvəzində Türkiyə klubu futbolçunun bir il üçün almalı olduğu 750 min avro transfer haqqını verəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər