"Qalatasaray" iki transfer həyata keçirib. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Almaniyanın "Ştatqart" klubundan Sinan Gümüş və Hollandiyanın PSV klubundan Kaan Baysalla transfer edilib. Hər iki futbolçu ilə 5 müqavilə imzalanıb.
"Qalatasaray" hər iki futbolçunun maaşını da açıqlayıb. 20 yaşlı Sinan Gümüş ilk mövsümdə 500 min arvo maaş alacaq və onun məvacibi hər mövsüm 50 min artaraq 2018/19 mövsümündə 650 min avro olacaq. O, birinci mövsümdə 5, sonrakı iki ildə 6, son iki ildə 7 min avro matçbaşı alacaq.
Kaan Baysal isə ilk mövsümdə 150 min maaş alacaq. 18 yaşlı yarımmüdafiəçinin məvacibi hər mövsüm 25 min avro artacaq və son mövsümdə 250 minə çatacaq. O, birinci mövsümdə 5, sonrakı iki ildə 6, son iki ildə 7 min avro matçbaşı alacaq.
Fanat.az