"Portu"nun qapıçısı İngiltərə nəhənginə keçə bilər

"Portu"nun qapıçısı İngiltərə nəhənginə keçə bilər

"Portu"nun qapıçısı Dioqu Koşta karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Transfers" yayıb.

Məlumata görə, 25 yaşlı qolkiperin xidmətində "Mançester Siti" maraqlıdır. Mənbə tərəflərin danışıqlara başladıqlarını vurğulayıb. Keçidin bu ilin yayında reallaşa biləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 24 matça çıxan Koşta 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Onun "əjdahalar"la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən "çərçivə" qoruyucusunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər