"Partizan"ın baş məşqçisi "Neftçi"dən danışdı

"Partizan"ın baş məşqçisi "Neftçi"dən danışdı
"Partizan"ın baş məşqçisi Marko Nikoliç "Neftçi" ilə bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, serb mütəxəssis məqsədlərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu deyib: 
"Neftçi" ilə hər iki oyunda yaxşı oynamağımız, mübarizə aparmağımız çox önəmlidi. Bakıda keçiriləcək ilk oyunda sərfəli nəticə əldə etsək, o zaman qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şansımız olacaq. Rəqiblə bağlı ətraflı məlumat toplayacağıq. Lakin ilk öncə çempionata yaxşı start verməliyik. Əsas məqsədimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdı. Rəqibə hörmətlə yanaşırıq, ancaq "Neftçi" keçilməz sədd deyil".
Nikoliç iki il öncə Belqradda keçirilən oyunda "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçlə rəqib futbolçular arasında yaşanmış gərginliyi də xatırlayıb: "İki il öncə "Neftçi" ilə qrup mərhələsindəki oyunları yaxşı xatırlayıram. Bu dəfə tərəfləri ehtiyatlı olmağa çağırıram. Stamenkoviçlə hansısa problemin yaşanacağına inanmıram. Rəqib qapıçıya öz işini görməyə imkan verməliyik. Onun işi müdafiə olunmaq və qapısından top buraxmamaqdı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər