"Neftçi"yə türk baş məşqçi gəlir: Günəş və ya Çalımbay

"Neftçi"yə türk baş məşqçi gəlir: Günəş və ya Çalımbay

"TRT Avaz" kanalında efirə gedən “Futbol Avrasiya” verilişində "Neftçi" ilə bağlı maraqlı iddia səsləndirilib. Fanat.az xəbər verir ki, Bakı klubunun yayda baş məşqçisini dəyişəcəyi bildirilir.

Bir müddət əvvəl yayda komandanı tərk edəcəyini deyən Böyükağa Hacıyevin yerini türk mütəxəssisin tutacağı iddia olunub. Bildirilib ki, bu posta hazırda Şenol Günəş və Rza Çalımbay namizəddi.

Qeyd edək ki, Günəşin son iş yeri "Trabzonspor" olub (2009-2013). 1988-1989, 1993-1997 və 2004-2005 mövsümlərində də Trabzon klubuna başçılıq etmiş mütəxəssis "Boluspor", "İstanbulspor", "Antalyaspor", "Sakaryaspor" və Cənubi Koreyanın "Seul" klublarını çalışdırıb. 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırmış 61 yaşlı mütəxəssis DÇ-2002-nin və bir il sonra keçirilən Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.

Çalımbay isə bu mövsüm "Çaykur Rizəspor"a başçılıq edib (2013/14). 51 yaşlı mütəxəssis əvvəllər "Göztəpə", "Dənizlispor", "Beşiktaş", "Ankaraspor", "Eskişəhərspor" və "Sivasspor" komandalarında əsas söz sahibi olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər