"Neftçi"nin Avropa Liqasındakı rəqibi "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Serbiya çempionatındakı möhtəşəm startdan danışıb. Fanat.az xəbər verir ki, 36 yaşlı mütəxəssis artıq bütün diqqətlərini "Neftçi"ylə oyuna yönəltməyin vaxtının çatdığını bildirib.
Nikoliç komandasının məhsuldarlığını xüsusi vurğulayıb: "Biz əla start götürdük. Keçirdiyimiz 2 oyunda 6 xal topladıq. Məhsuldarlığımıza isə söz ola bilməz: 2 oyuna 7 qol! "Neftçi"yə qarşı oyunlara hazırlaşmağın zamanı yetişdi".
Fanat.az