Topaz Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb. Famat.az xəbər verir ki, dünən səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxtda gələcək və son çalışmasın qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da edəcək.
Hazırlıqlarda bir futbolçu iştirak etmir. Belə ki, Ali Gökdəmir məşqlərə qatılmır. Ayağında ağrılar hiss edən müdafiəçimizin müalicəsi davam edir.
Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da saat 16.00-da start götürəcək.
Fanat.az