Qazaxıstanın "Aktobe" klubuna başçılıq edən Vladimir Qazzayev "Neftçi"nin baş məşqçisi olacağı ilə bağlı xəbərləri təkzib edib. Fanat.az xəbər verir ki, o, "Aktobe"dən ayrılmağı düşünmədiyini deyib:
"Hesab edirəm ki, bu barədə informasiya bizim "Astana" ilə iki vacib oyunumuz öncəsi komandamızda vəziyyəti gərginləşdirmək üçün ortaya atılmış təxribatdan başqa bir şey deyil. Atam doğrudan da bir müddət öncə Bakıda olub. Amma o, öz şəxsi işləri ilə əlaqədar getmişdi. Komandamdan getmək barədə düşünmürəm".
Qeyd edək ki, Vladimir Qazzayev Valeri Qazzayevin oğludu. Bir neçə gün əvvəl Valeri Qazzayevin Bakıya səfəri barədə ilk xəbəri Fanat.az yaymışdı.
Fanat.az