Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” dünəndən etibarən tam heyətlə məşq edir. Fanat.az xəbər verir ki, məşqçilər korpusunun icazəsi ilə 5 futbolçu - Flavinyo, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi və Ernest Nfor hazırlığa dünən qoşulub.
Qeyd edək ki, “Neftçi” bu gün yoxlama oyunu keçirəcək. Bakı vaxtı ilə saat 18.30-da başlayacaq oyunda rəqib Gürcüstanın “Çixura” klubu olacaq.
Fanat.az