"Neftçi"yə 2 qitədən futbolçu gəlir

"Neftçi"yə 2 qitədən futbolçu gəlir

Avropa Liqasına hazırlaşan "Neftçi" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, paytaxt klubu bu yay heyətinə ən azı iki legioner qatacaq.

Artıq bu futbolçuların hardan gələcəyi dəqiqdi. Onlardan biri Afrikadan, digəri Cənubi Amerikadan olacaq. Hazırda həmin futbolçularla danışıqlar davam edir. Transferlər yaxın günlərdə rəsmiləşəcək. Yeni oyunçulardan biri dayaq yarımmüdafiəçisi, digər hücum xəttində çıxış edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər