Çingiz Abdullayev "Neftçi"nin yeni prezidenti təyin olundu. Fanat.az хəbər verir ki, yazıçı-prezidentin həyat və fəaliyyəti ilə bağlı məlumatları təqdim edir.
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan lub. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.
Çingiz Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalııb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olub.
"Neftçi"nin yeni prezidenti beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. (1988). Polşanın Krakov Universitetinin fəxri professorudu (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilib. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudu (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə edib (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidi (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Onun əsərləri Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılıb, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidi. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb.
Çingiz Abdullayev xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunub. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olub.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. 2014-cü ilin noyabr ayından "İnterpol"un fəxri səfiridi.
"Neftçi"nin yeni prezidentinin əsərləri əsasında "Dronqo" serialı (2002), həmçinin "Məhkumlar" (2007) və "Tərsinə çevrilən dünya" (2011) filimləri çəkilib.
Fanat.az