"Neftçi"nin zədəli legionerinin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

"Neftçi"nin zədəli legionerinin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

Mövsümə hazırlığı Polşada davam edirən "Neftçi"nin yeni transferi İmad Farajın son vəziyyəti bəlli olub.

"Ağ-qaralar"ın sözçüsü Asəf Zeynallının Fanat.Az-a verdiyi məlumata görə, sabiq komandası AEK-də (Kipr) aldığı zədəni tam sağaltmayan fransalı bu problemi geridə qoymaq üzrədir.

"Faraj hələ ikitərəfli oyunlarda iştirak etmir. Hazırda mikrozədəsi var və bu səbəbdən daha çox fərdi məşqlərlə kifayətlənir. Onun yaxın günlərdə tam şəkildə hazır olacağı gözlənilir. Bərpa prosesi kifayət qədər yaxşı gedir".

"Neftçi"nin zədəli legionerinin son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

Xatırladaq ki, "Neftçi" bu gün yerli "Termalika" ilə yoxlama oyunu keçirib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər