"Neftçi"nin yetirməsi məşhur İtaliya klubuna keçdi

"Neftçi"nin yetirməsi məşhur İtaliya klubuna keçdi

İtaliyanın "Sampdoriya" klubu yeni transfer edib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, B Seriyası təmsilçisi 16 yaşlı Lorenzo Metsoteronu sıralarına cəlb edib.

"Neftçi" akademiyasının yetirməsi olan, Bakı klubunun aşağı yaş qrupları üzrə komandalarında adından söz etdirən italiyalı gənc bir neçə təklif alsa da, forma şansı qazana biləcəyi "Sampdoriya"nı seçib.

Xatırladaq ki, valideynləri ölkəmizi tərk etdiyi üçün 12 yaşında Bakıdan ayrılan Lorenzo daha sonra "Atalanta"nın strukturunda olub. O, ötən mövsümü "Barselona"nın "Marcet" akademiyasında keçirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər