"Neftçi"nin yeni vitse-prezidenti kim olacaq?

"Neftçi"nin yeni vitse-prezidenti kim olacaq?

"Neftçi"də vakant qalan vitse-prezident postu bu gün sahibinə qovuşa bilər. Fanat.az xəbər verir ki, "ağ-qaralar"da ikinci söz sahibi vəzifəsinə Elnur Məmmədov layiq görüləcək.

Bu barədə Publika.az saytı məlumat yayıb. 

Hazırda AFFA-da İnfrastruktur və İT üzrə direktor vəzifəsini daşıyan Məmmədov UEFA-nın Çimərlik Futbolu və Futzal Komitəsinin üzvüdü.

Federasiyada bir müddət akademiyanın meneceri qismində çalışan Məmmədov, ötən il Bakıda hərbçilər arasında keçirilən  1-ci Dünya çempionatının təşkil olunması və keçirilməsini təmin etdiyi üçün müdafiə nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.

 

Elnur Məmmədov həmçinin AÇ-2020-nin təşkilində Bakının namizədliyinin təbliği üzrə yaradılan İşçi Qrupun 7 üzvündən biri olub. O, bəzi rəsmi beynəlxalq matçlarda fan-klubla iş üzrə əlaqələndirici şəxs rolunu oynayıb.

 

Bununla yanaşı, Məmmədov Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin üzvü və federasiyanın Lisenziyalaşdırma Qrupunun İnfrastuktur meyarları üzrə eksperti postunu da tutub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər